MİXİ YAZI DÖVRÜNDƏ ULULARIMIZDA AY ADLARI
Bu gün, 15:04

Son günlər "BOZQURD" müasir Azərbaycan üçün türkcə AY ADLARI təklif edir. U aşağıdakı sarı fonda verilmiş təqvimdir. Olsun. Fəsillərə görə AY ADLARI pis də səslənmir. Məntiqidir.
Fəqət Azərbaycana yeni Təqvim təqdim etmək istəyirsinizsə, onun yazılı tarixinə də əsaslanmalısınız. Mixi yazılı dövründə Babilanda ulularımızın ay adları Qəməri ilinə görə belə olub:
1. NİSANU - Aprel - Türklərdə NİSAN* kimi yaşayır
2. AYARU - May
3. SAMANU - Biçin Ayı - İyun
4. DUMUZU - TEMMUZ* - Günəş allahı - İyul. Türklərdə yaşayır
5. ABU - Avqust (Ata ayı)
6. ULULU - Eylul* - İndi də yaşayır türklərdə - Sentyabr
7. TAŞRİTU - Türklərdə EKİM kimi Oktyabr ayına təsadüf edir
8. ARAKSAMNA - Aralık* - Türklərdə yaşamada - Dekabr
9. KİSLİMU - Dekabr-Yanvar
10. TEBETİ - Dekabr-Yanvar - Babil ayıdır
11. ŞABAT - Türklərdə Şubat* kimi yaşamada - Fevral
12. ADARU - Türklərdə ODA-OCAK* kimi yaşamada Yanvar.
***
İndi bunları işlətdiyimiz Qriqorian təqvimi əsasında düzün, çatışmayanı və ya bəyənmədiyizi da havanın "TƏŞKİL ETDİYİ" biçinə, əkinə görə adlandırdığınız ay adları ilə təmin edin.
OLSUN HƏQİQƏTƏN "ÖZÜNƏ DÖN TÜRK !.."
________________________________
* Üstündə ulduz işarəsi olan aya adlarının ən azı 4-5 min il yaşı var. Ancaq kim bilir onların bu qədər qədimliyin. Bir tərəfdən amneziyadan (yaddaşın itirilməsi) korluq çəkən yaddaşımız, u biri tərəfdən mixi yazılarda rast gəldiyimiz on minlərlə söz və terminləri qoruyub saxlaya bilib.
Tariyel Azerturk
TEREF