Nəzakət Teymurova "Muğam" müsabiqəsindəki qalmaqaldan danışdı

Bu gün, 15:50           
Nəzakət Teymurova "Muğam" müsabiqəsindəki qalmaqaldan danışdı
IX "Muğam” Televiziya Müsabiqəsinin finalında qalmaqal yaşanıb. İştirakçılardan olan Kənan Novruzov ona qarşı haqsızlıq olunduğunu deyib və finalda ona təqdim edilən diplomu götürməyib.

Müsabiqədə münsif kürsüsündə oturan Xalq artisti Nəzakət Teymurova məsələ ilə bağlı Axşam.az-ın suallarını cavablandırıb. Muğam ifaçısı bildirib ki, müsabiqə çox şəffaf keçib, Kənanın hərəkəti isə heç də düzgün olmayıb:

"Bu, Kənan üçün böyük uğurdur ki, 200 insan içindən seçilərək 20-liyə düşüb. Bunun özü bir qalibiyyətdir. Əsas onun özündən soruşun hansı yeri tutmaq istəyirdi? Yeddiliyin içərisindən ən güclülər seçilməli idi. Ən güclü üç iştirakçını biz qalib etməli idik. Münsiflərin qərarı ilə ən güclülülər ilk üçlükdə yer aldı.

Diplomatlar arasında yer almaq da Kənan üçün böyük uğurdur. Hamı qalib olmaq istəyir. Amma muğam sənəti ağır sənətdir. Yəqin ki, onun da digər ifaçılar kimi çatışmayan nələrisə oldu. Çünki hər kəsin istedadı ümumi olaraq hamı tərəfindən dəyərləndirildi".

Qeyd edək ki, Kənan Novruzov müsabiqədə haqsızlığa uğradığını iddia edib. O, finalda təqdim olunan diplomdan imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru