İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

Bu gün, 00:05           
 İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....
Neftçala rayonundan Poliqon-a daxil olaN şikayətdə bildirilir ki, İcra Hakimiyyətinin əməkdaşları qanunsuz olaraq Dövlət Torpaq Fonduna aid olan qış otlaq sahələrini əkin üçün başqa rayondan gələn sahibkarlara satırlar. Heç bir səbəbə göstərmədən Neftçala rayonundan olan sahibkarlarla isə müqavilə müddətini uzatmaqdan imtina edirlər.

Qeyd edək ki, Neftçala rayonunda 10 min hektarlarla qış otlaq sahələri rayon incra hakimiyyətinin sərəncamındadır və bu torpaq sahələri icra başçılarının əsas gəlir yeri olaraq bilirnir. Qanunvericiliyə görə qış otlaq sahələri əsasən yerli fermer təsərrüfatlarına icarəyə verilməli və bu sahələr təyinatına görə istifadə olunmalıdır. Lakin uzun illərdir ki, bu qış otlaq sahələri əkin üçün istifadə olunur və yerli heyvandarlığın inkişafı bundan ciddi şəkildə ziyan görür. Uzun müddətli icarəyə verilən torpaqlarda əkin aparıldığını isə İcra Hakimiyyətinin məsul işçiləri yaxşı bilirlər. Hətta iddialara görə bu otlaq sahələinin böyük hissəsində əkin əkənlər də məhz icra başçısı və icra hakimiyyətinin məsul şəxsləridir.

Bundan başqa İcra hakimiyyətinin məsul işçiləri Neftçala rayonundan olmayan sahibkarlara torpaqları uzun müddətə icarəyə verirlər ki, iddialara görə bunun müqabilində kənardan gələn sahibkarlardan pul alırlar. Bu isə Neftçalada xüsusi narazılıq yaradır. Çünki heyvandarlar onlara aid olan otlaq sahələrindən məhrum olurlar və bu sahələr isə təyinatına görə istifadə edilmədiyindən, heyvandarlığın inkişafına ziyan vurulur.

Misal üçün Poliqon-a daxil olan şikayətdə bildirilir ki, bu yaxınlarda Lerik rayonu Çayrut kənd sakini Hüseynov Əli Mirzəhüseyn oğluna 6 saylı qış otlaq sahəsindən 100 hektar torpaq verilib. İddia olunur ki, buna görə Əli Hüseynov nəqd şəkildə hər hektara görə 70 manat ödəyib. Hazırda isə Lerik sakini aldığı 100 hektar torpağln 40 hektarını şumlayıb və yerdə qalan hissəsini də şumlamaqdadır. Şikayətdə qeyd edilir ki, bu kimi hallar çox yayılıb və kənardan gələn sahibkarlar torpağa görə hər il icra hakimiyyətinin məsul şəxslərinə 70-100 manat arasında qanunsuz ödəniş edirlər. Əks təqdirdə müqavilə pozulmuş hesab edilir.

Bundan başqa şikayətdə iddia edilir ki, qış otlaq səhələrinin qanunsuz olaraq satılmasını Əmlak məsələləri Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov və Neftçala İcra Hakimiyyətinin başçısının köməkçisi Vüsal Atayev həyata keçirir. Bu iki məsul şəxs haqqında isə şikayət məktubunda başqa iddialar da səsləndirilir.

Qeyd edək ki, məsələ ilə bağlı Poliqon Neftçala rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edib. Aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, sorğu cavablandırılmayıb. Bütün hallarda iddialrla bağlı Neftçala rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru