DVX-nin barəsində yoxlama aparıb cərimələdiyi Kamil Qurbanov yenə qalib elan edildi - Bu dəfə... Bu gün, 10:18 İsmayıllı Rayon Mərkəzi Xəstəxanası nəqliyyat vasitələrinin cari və əsaslı təmiri üçün ehtiyat hissələrinin alınması üzrə tender keçirib.32gun.az xəbər verir ki, tenderin qalibi Kamil Əlişiraz oğlu Qurbanov olub.Təklifin qiyməti 34.350,98 AZN-dir və yaxın vaxtlarda müqavilənin bağlanması gözlənilir.Qalib şəxsə əvvəlki vergi yoxlamaları nəticəsində aşağıdakı maliyyə sanksiyaları tətbiq edilib:Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması ilə bağlı 514,00 AZN;Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı 1000 AZN.Bundan əlavə, qalibin 2.526,91 AZN vergi borcu qalıb.Qeyd edək ki, bir neçə gün öncə o, Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin ehtiyat hissələrinin alınması üzrə tenderin qalibi olub.Xatırladaq ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimovdur. Facebook-da paylaş