Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

Bu gün, 09:38           
Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT
Vergi borcu olan şirkət eyni qurumdan 3 iri tenderin qalibi oldu

Araşdırmamız zamanı məlum olub ki, “REGİONAL SU MELİORASİYA XİDMƏTİ” Publik Hüquqi Şəxsinin elan etdiyi son tenderlərin qalibi eyni şirkət – “AZTİKİNTİSERVİS” MMC olub.

32gun.az xəbər verir ki, şirkət Vağazin U-15 kanalının üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə tenderin qalibi seçilib və tərəflər arasında 199.769,63 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.

Araşdırma zamanı məlum olub ki, şirkətin dövlətə 17.319,65 AZN vergi borcu var. Buna baxmayaraq, son 4 gün ərzində eyni qurumdan “AZTİKİNTİSERVİS” MMC daha iki iri tenderin də qalibi olub:

Torpaq məcralı (Q=1,5 kbm/san) Qıraq Kəsəmən arxının (L=1,5 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satın alınması – 157.182,42 AZN (Yekunlaşma tarixi: 22.07.2025, 23:45)
Balaca Bazı LR-8 markalı nov kanalının (PK00+00÷PK14+00, L=1,4 km) üzərindəki qurğularla birlikdə əsaslı təmiri (İmişli rayonu) – 196.210,51 AZN (Yekunlaşma tarixi: 22.07.2025, 20:40)
Beləliklə, cəmi 4 gün ərzində “AZTİKİNTİSERVİS” MMC 3 tender üzrə ümumilikdə 553 min AZN-dən çox dəyərində müqavilə bağlamaq üzrədir.

Bildirək ki, şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır və onun qanuni təmsilçisi Paşa Papaqçıyev Yusif oğludur.

Qeyd edək ki, ötən ay da şirkətin külli miqdarda vergi borcu olmasına baxmayaraq sözü gedən qurumdan tenderlər udmuşdu.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, vergi borcu olan şirkətlərin tenderdə iştirakına icazə verilmir.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru