Qrossi: "Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İrana qayıdıblar"
Bu gün, 10:28
"Beynəlxalq Atom Enerjisi Agentliyinin ilk müfəttişlər qrupu İrana qayıdıb və ölkənin nüvə obyektlərində işi bərpa etməyə hazırlaşır".
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın bəzi obyektləri hücuma məruz qaldığına görə müfəttişlər öz işlərinə davam etmək üçün lazımi praktiki tədbirləri müzakirə edirlər.
Xatırladaq ki, iyunun 22-də ABŞ Fordo, Natanz və İsfahandakı obyektlərə zərbələr endirdi. Nəticədə, İran agentliyi öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək, onunla əməkdaşlığı dayandırmışdı.