Ukraynada müharibədən sonra ilk dəfə 18-22 yaşlı kişilərin xaricə getmələrinə icazə verildi
Bu gün, 11:58
Ukrayna hökuməti dövlət sərhədini keçmə qaydasını yeniləyib. Buna əsasən, tammiqyaslı müharibədən sonra ilk dəfə olaraq 18-22 yaş arası kişilər sərhədi maneəsiz keçə biləcəklər.
Bu barədə Ukrayna Baş naziri Yuliya Sviridenko öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, bu, müvafiq yaşda olan bütün vətəndaşlara aiddir. Belə ki, bu qərar müxtəlif səbəblərdən xaricə gedən vətəndaşlara da şamil edilir.
Ukraynanın daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, bu addımın məqsədi ukraynalı gənclərə xaricdə təhsil almaq, təcrübə keçmək və qanuni iş düzəlmək üçün daha geniş imkanlar yaratmaqdır ki, onlar əldə etdikləri təcrübəni sonradan Ukraynanın inkişafı üçün istifadə edə bilsinlər.