Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? – SİYAHI

25-05-2017, 08:59           
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? – SİYAHI
Azərbaycan “Avroviziya-2012″ Beynəlxalq Mahnı Müsabiqəsini uğurla həyata keçirdikdən sonra, dünyada ölkəmizə maraq artıb. Belə ki, ard-arda bir sıra irimiqyaslı yarışların təşkili Azərbaycana tapşırılıb.

Bunlardan, əsasən, “Bakı-2015″ I Avropa Oyunları, “42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1” və iki gün öncə başa çatan IV İslam Həmrəyliyi Oyunlarını sadalamaq olar.

Bəs bundan sonra, daha doğrusu, 2020 -ci ilədək Azərbaycan, daha hansı oyunlara ev sahibliyi edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-a həmin yarışların siyahısını təqdim edib.

S.Məmmədova bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək:

“Bununla yanaşı, bu ilin təqvimində “Formula-1” üzrə Azərbaycan Qran-prisi də var.

2017-ci ildə son olaraq, Azərbaycan 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi edəcək. Konfrans 7-10 avqust tarixində Qəbələdə baş tutacaq.

2020 -ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 matçını qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü Azərbaycan təşkil edəcək”.
S.Məmmədova əlavə edib ki, hazırda 2018 və 2019-cu illərdə böyük miqyasda yarışların keçirilməsinə dair hesabat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru