İŞİD hansı ölkədə yeni cəbhə açacaq? - Xilafət nağılının sonu

2-06-2017, 13:15           
İŞİD hansı ölkədə yeni cəbhə açacaq? - Xilafət nağılının sonu
İŞİD Suriya və İraq cəbhəsində sarsıdıcı zərbələr alıb. Qruplaşma son 1 ildə nəzarəti altında saxladığı ərazilərin 40%ə qədərini itirdiyi üçün Dəməşq və Bağdad hökumətlərinə təhlükə törətmir. Bir neçə ay öncə tərəfdarlarına müraciət edən Əbubəkr əl-Bağdadi isə qruplaşma üzvlərinə çağırış edərək dağlara çəkilib silahlı mübarizəni davam etdirməyə səslədi.

Türkiyə, Rusiya, ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyası, Əsəd rejimi, kürdlər, İraq hökumət qoşunları, bir sıra cihadçı təşkilatlarla eyni zamanda mübarizəyə qalxan İŞİD fenomenal döyüş taktikası ilə çətin ram edilən düşmən olduğunu göstərsə də, Mosulun tamamilə alınmaq üzrə olduğu. Paytaxt Raqqanın mühasirəyə hazırlaşdığı məqamda İŞİD-in 2014-cü ildə yaratdığı xilafət nağılının sona çatdığını demək olar.
Təsadüfi deyil ki, qruplaşmanın əksər üzvləri İraq və Suriyanı tərk edir. Bu zaman hər kəsin ağlında belə bir sual yaranır – İŞİD bu dəfə harada peyda olacaq?

Bu barədə müzakirələr aparılan məqamda Fillipinin cənubundakı Mindanao adasında yerləşən Maravi şəhərində İŞİD tərəfdarlarının üsyanı baş verdi.

Müsəlmanların çoxluq təşkil etdiyi şəhərdə nəzarəti asanlıqla ələ alan “Əbu Səyyaf” və “Maute” qruplaşmaları İŞİD-in Cənub-Şərqi Asiyadakı əsas qanadı sayılır. Döyüşlərdə hökumət qüvvələrinə qarşı yerli radikallarla yanaşı, qonşu Malaziya, İndoneziya və uzaq Səudiyyə Ərəbistanı, Pakistan. Yəmən və hətta Çeçenistandan döyüşçülər də qatılıb.
Son məlumatlar 100-ə yaxın terrorçunun və 21 hökumət hərbçisinin öldüyünü göstərir.

Maravinin 90%-i İŞİD-in bayrağını qəbul etmiş qruplaşmalardan azad edən Fillipin qoşunları yaxın günlərdə əməliyyatı tam yekunlaşdırmaq istəyirlər.

Əksər beynəlxalq ekspertlər İŞİD-in Suriya və İraqa alternativ kimi məhz Cənub-Şərqi Asiya regionunu seçdiyini və Fillipində baş verənlərin bunun ilk qaranquşu olduğunu deyirlər. Doğurdan da, 600 milyon sakinini 40%-ni müsəlmanlar təşkil edən 17,5 min müxtəlif ölçülü adalardan yalnız 6 minində yaşayışın olduğu. Sıx tropik meşələrlə örtülü region İŞİD üçün yeni istinadgah ola bilər.

Son illər Suriya və İraqda döyüşlərə qatılan yerli sakinlərin öz ölkələrində güclü terror şəbəkəsi qurduğu və xaricdən dəstək aldıqları müəyyən olunub. ABŞ kəşfiyyatı İŞİD-in Əfqanıstan və Liviya ilə müqayisədə məhz Fillipin, Malaziya və İndoneziyada daha effektiv və təhlükəli ola biləcəyini düşünür.

Bu isə Suriya və İraqda yekunlaşmaqda olan Xilafət nağılının Cənub-Şərqi Asiyada özünə yeni səhifə açacağı anlamına gəlir. \\modern.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.