Stalinin nazirlərinə kələk gələn “QƏHRƏMAN”, gələcək ixtiralar üçün... - SSRİ-nin ən qəribə KRİMİNAL HADİSƏLƏRİ
25-11-2017, 17:32
SSRİ dövründə bir çox müəmmalı hadisələr baş verib ki, onların çoxu yalnız illər sonra su üzünə çıxa bilib. Saxta pullar, ağılasığmaz cinayətlər və s.
Publika.az Sovet rejiminin ən qəribə kriminal hadisələri haqqında yazını təqdim edir.
Веня оказался хитрее сталинских наркомов
Stalinin nazirlərini aldadan şikəst cibgir
Venya Vaysman 30-cu, 40-cı illərin əfsanəvi oğrusu olub. Hətta Moskvanın muzeylərinin birində onun şərəfinə bütöv bir stend hazırlanıb.
1944-cü ildə növbəti dəfə həbsdən qaçmağa cəhd edən cinəyətkar Vaysmanın ayaqları donur və şikəst qalır. Aktyorluq bacarığı ilə xalq artistlərini kölgədə qoyan Vaysman bir-bir Mərkəzi Komitənin nazirlərinin qəbuluna gedib, müharibədə ayaqlarını itirdiyini bildirir. Düz iki ildən sonra Vaysman Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür, mənzillə təmin olunur və medallarını sinəsinə taxıb, başı uca gəzirdi. Lakin onun pul ehtirası bununla sönmür, təqaüdünü artırmaq üçün yenidən Mərkəzi Komitəyə müraciət edəndə yalanı üzə çıxır və onu həbs edib, düşərgəyə göndərirlər. “Qəhrəman” Venya həyatının 10 ilini burada keçirir.
Cəbhə fərarisi və ya sovet ordusunun saxta polkovniki
1952-ci ildə Hərbi Prokurorluğa polkovnik Pavlenkonun rəhbərliyilə idarə onunan hərbi hissənin sənədləri daxil olur. Araşdırmalardan sonra bəlli olur ki, belə bir hərbi hissə yoxdur. Pavlenko adlı polkovniksə əslində, fəraridir. 1941-ildə özü kimi 200 saxtakarı ətrafına toplayıb “hərbi hissə” yaradan Pavlenko dinc əhalini soymaqla qalmır, silah-sursat qaçaqçılığı ilə də məşğul olur. Aparılan əməliyyatdan sonra Sovet İttifaqına 40 milyon rubl ziyan vuran Pavlenko və dəstə üzvləri həbs edilir.
Единственный в СССР мошенник, присвоивший себе звание Героя обманными путями
Sovet İttifaqının saxta qəhrəmanı
Vladimir Qolubenko sovet dövrünün ən məşhur cibgirlərindən idi. Bir gün Vladimir yeni həyata başlamaq qərarına gəlir. Özünə saxta pasport düzəldib Valentin Purginə çevrilir. Günlərin bir günü Belorusiyaya ezamiyyətə yollanan cibgir boş diviziya kağızını doldurub, saxta yolla Lenin mükafatına layiq görülür. Bir müddət sonra elə bu yolla Sovet-Fin müharibəsinin iştirakçısına çevrilir, Sovet İttifaqının Qəhrəmanına adını alır.
Yalanı dövlət tərəfindən ifşa olunan cinayətkar, Ali Məhkəmənin qərarı ilə güllələnir.
Определить подделку на глаз мог не каждый специалист
Anbarda saxta pullar kəsən Baranov
70-ci illərin ortalarında İttifaqın bir neçə şəhərində saxta 50 və 25 rubl dövriyyəyə çıxır. Hakimiyyət bu işi ciddi şəkildə araşdırmağa qərar verir. KQB saxta pulkəsən sadə sürücü Viktor Baranovun izinə düşür. Məlum olur ki, Viktor düz 12 il ərzində öz kiçik tipoqrafiyasını yaradıb və bu texnologiyanı öyrənib.
Cinayətin ən qəribə məqamı o idi ki, Baranov bunu gələcək ixtiraları naminə edirdi. Özü isə qazandığı halal pullar hesabına yaşayırdı. Rus kinematoqrafiyasında çox maraqlı personaj olan Baranovdan bəhs edən çoxseriyalı bədii film də çəkilib.