"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək

4-07-2025, 12:58           
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
"iOS 26" əməliyyat sisteminin "beta" versiyasında "FaceTime" videozənglərində çılpaq görüntülərə qarşı yeni qoruma funksiyası işə salınıb.

Bu barədə "9to5Mac" portal xəbər yayıb.

Yeni funksiya videozəng zamanı çılpaq bədəni aşkar edə bilir. Bu hal baş verdikdə, sistem avtomatik olaraq zəngi dayandırır və istifadəçiyə xəbərdarlıq göstərir. İstifadəçi daha sonra zəngi davam etdirmək və ya dayandırmaq barədə qərar verə bilər.

Əvvəllər bu alət yalnız uşaq "Apple ID"ləri üçün valideyn nəzarəti sisteminin bir hissəsi kimi nəzərdə tutulsa da, artıq bütün istifadəçilər üçün əlçatandır.

Funksiyanı aktivləşdirmək üçün "Ayarlar" → "Məxfilik və təhlükəsizlik" → "Açıq-saçıq məzmuna dair xəbərdarlıqlar" bölməsinə keçmək lazımdır.

"Apple" vurğulayır ki, videoyayımların analizi yalnız cihazda aparılır və heç bir görüntü "Apple" serverlərinə göndərilmir. Bu, şirkətin məxfilik siyasətinə tam uyğundur.

Qeyd edək ki, "iOS 26" hələlik "beta" test mərhələsindədir. Yeni dizayna malik sistemin tam versiyasının sentyabr ayının ortalarında istifadəyə verilməsi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru