Azərbaycan ordusunun məhvedici zərbələri ermənilərin bayramını yasa çevirdi - Tədbirlər ləğv olundu

26-09-2015, 19:19           
Azərbaycan ordusunun məhvedici zərbələri ermənilərin bayramını yasa çevirdi - Tədbirlər ləğv olundu
Azərbaycan ordusunun 4 erməni əsgərini məhv etməsi, 10-la erməni hərbçisini yaralaması ilə əlaqədar qondarma "Dağlıq Qarabağ Respublika"sı Xankəndində keçirilməsi planlaşdırılan bayram tədbirlərini təxirə salıb.

Avropa.info xəbər verir ki, bu haqda erməni mediasına Xankəndi şəhərinin qondarma "meri" Suren Qriqoryan deyib.

O, bildirib ki, Xankəndi şəhərinin yubleyi ilə bağlı keçiriləcək tədbirlər təxirə salınıb.

Qeyd edək ki, sentyabrın 25-də qoşunların təmas xəttində düşməninin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.

Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu - əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçu yüngül qəlpə yaraları alıb:

Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.