Nəsimi rayonunda yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi Türkiyədə keçiriləcək Beynəlxalq Festivala hazırlaşır

16-04-2019, 20:58           
Nəsimi rayonunda yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin   rəqs kollektivi Türkiyədə keçiriləcək Beynəlxalq  Festivala hazırlaşır
Teref.az - Nəsimi rayon İcra Hakimiyyətində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin iştirakı ilə tədbir keçirilmişdir. Mərkəz 18-26 aprel 2019-cu il tarixlərdə Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq İstanbul Ataşəhər Uşaq Festivalında iştirak etmək üçün hazırlaşır. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycanı Türkiyədə təmsil edəcək Mərkəzin kollektivinə uğurlar arzulamışdır. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti kollektiv və valideynlər adından Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişdi. Yolasalma mərasimində Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar çıxış edərək, onlara göstərilən bu ehtimadı doğruldacaqlarına söz verdilər. Daha sonra Mərkəzin rəqs kollektivi öz rəngarəng rəqsləri ilə bütün tədbir iştirakçılarının rəğbətini qazandı.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru