Milli Qurtuluş Günü paytaxtda silsilə tədbirlərlə qeyd olundu

15-06-2019, 18:00           
Milli Qurtuluş Günü  paytaxtda silsilə tədbirlərlə qeyd olundu
Teref.az - Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında kütləvi bayram tədbirləri və konsert proqramları təşkil olunmuşdur.
Tədbirlər planı çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Azərbaycan estradasının ən tanınmış nümayəndələrinin iştirakı ilə konsert proqramı keçirilib.
Bundan başqa Binəqədi, Suraxanı, Xətai, Xəzər, Sabunçu, Nizami və Yasamal rayonlarındakı mərkəzi parklarda da böyük bayram konsertləri təşkil olunmuşdur.
Tədbirlərdə qeyd olunmuşdur ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər Azərbaycanlı üçün çox əzizdir. 26 il əvvəl ölkəmizı dağılmaqdan, məhv olmaqdan xilas edən ulu öndən Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.
Konsert proqramları anşlaqlarla yadda qalmışdır















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.