Avropada müdafiə startaplarına nə qədər investisiya qoyulub? - MƏBLƏĞ

Bu gün, 10:18           
Avropada müdafiə startaplarına nə qədər investisiya qoyulub? - MƏBLƏĞ
2022-ci ilin əvvəlindən Avropa müdafiə startapları 2,4 milyard avro vençur investisiyaları cəlb edib ki, bu məbləğin 1,4 milyard avrosu 2025-ci ilin əvvəlindən toplanıb.

Bu barədə "Financial Times" "PitchBook" məlumatlarına istinadən məlumat yayıb.

2020-ci ildə müdafiə investisiyaları cəmi 30 milyon avro, 2021-ci ildə 150 ​​milyon avro təşkil edib. Üç Avropa müdafiə startapının kapitallaşması 1 milyard avronu ötüb - bunlar "Helsing" (həmçinin müdafiə üçün süni intellektlə məşğul olur), "Quantum Systems" və "Tekever" dron tərtibatçılarıdır.

Müdafiə startaplarına qoyulan sərmayələrin kəskin artması Ukraynada hərbi münaqişənin başlanmasından sonra, eləcə də bu ilin fevralında Münhen konfransından sonra Aİ-də silaha xərclərin ümumi artımı ilə əlaqələndirilir. Orada ABŞ-ın vitse-prezidenti Cey Di Vens Avropanın təhlükəsizlik siyasətini tənqid edib. Avropa NATO ölkələrinin ümumi müdafiə xərcləri 2030-cu ilə qədər 1 trilyon avroya qədər artacaq.

Nəşr qeyd edir ki, əvvəllər müdafiə sahəsində startaplara sərmayə qoyan əsasən ixtisaslaşmış investisiya fondları idisə, indi bir çox iri fondlar bu sahəyə investisiya yatırmaqda maraqlı olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru