Gürcüstan hökumətindən yığmaya milyonluq sürpriz...

Bu gün, 10:14           
Gürcüstan hökumətindən yığmaya milyonluq sürpriz...
Gürcüstan hökuməti kişilər arasında basketbol üzrə Avropa çempionatının 1/8 finalında millinin Fransa yığması üzərində sensasiyalı qələbəsini (80:70) diqqətdən kənarda qoymayıb və bu nailiyyəti pul mükafatı ilə qeyd etməyi qərara alıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

"Basketbolda tarixi nəticə əldə etdiyimiz üçün onu hökumətin müvafiq pul mükafatı ilə qeyd etmək istərdim. Artıq əldə edilmiş uğura və "AvroBasket"də hər növbəti qələbəyə görə 3 milyon lari (təxminən 1 milyon 114 min dollar) ayırmaq niyyətindəyik", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru