Saatlda karantini pozan kafe aşkarlandı

27-02-2021, 10:48           
Saatlda karantini pozan kafe aşkarlandı
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən fevralın 27-də gecə saatlarında rayonun Məmmədabad kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teref.az-a verilən məlumata görə, fevralın 27-də karantin normalarını pozaraq fəaliyyətini davam etdirən iaşə obyekti müəyyən edilib.

Obyektin icarədarı E.Ağayev və işçisi F.Bayramlı karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək cərimə olunublar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru