STP Müdafiə Nazirliyinə hərbi texnikaların daşınması üçün maşın və qoşqu hədiyyə etdi

12-11-2021, 16:11           
STP Müdafiə Nazirliyinə hərbi texnikaların daşınması üçün  maşın və qoşqu hədiyyə etdi
STP Şirkətlər Qrupu Qarabağ uğrunda 44 günlük müharibədə əldə etdiyimiz qələbəyə həsr olunan 8 noyabr, Zəfər günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinə yük maşını və öz istehsalı olan qoşqu hədiyyə edib. Hədiyyə edilən qoşqu 50 tona qədər yükgötürmə qabiliyyətinə malikdir və təkərli, tırtıllı zirehli texnikaların daşınması üçün nəzərdə tutulub. Onun çəkisi 13 ton, uzunluğu 15.45m, eni 3.4m və yerdən platformaya qədər olan məsafəsi 1.14m-dir.

STP Şirkətlər Qrupu daim dövlətimizin və ordumuzun yanındadır. Müəssisə müxtəlif məhsul istehsalını təmin edən avadanlıqları və sifarişçinin istəyinə uyğun həllər hazırlaya bilən mütəxəssis heyəti ilə daim Müdafiə Nazirliyinin yanında olub. Həmçinin şirkət bu günə kimi dəfələrlə öz texniki bilik və təcrübəsini Nazirliklə bölüşüb və gələcəkdə də bölüşməyə hazırdır.

Qeyd edək ki, STP Şirkətlər qrupu regionda ilk texnopark olmaqla kabel, elektrik avadanlıqları, alüminium və mis profillər, sendviç panellər, polimer borular, dəqiq mexaniki emal, qaynaq quraşdırma, ağır maşınqayırma, qaynar sinkləmə, qumlama və rəngləmə, metaləritmə və texniki qazların istehsalı kimi 30-dan çox istehsal sahələrini tərkibində birləşdirir. Müəssisənin təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlər neft-qaz, energetika, inşaat, kənd təsərrüfatı kimi sahələrdə idxalın azalmasına istiqamətlənib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.