Ağdamın işğaldan azad olunmasından 1 il keçdi

18-11-2021, 12:16           
Ağdamın  işğaldan azad olunmasından 1 il keçdi
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən münaqişəsi zonasında bütün hərbi əməliyyatlar dayandırıldı və həmin tarixdən etibarən Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandırıldı. Bəyanatın şərtlərinə əsasən Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonunu noyabrın 25-də və Laçın rayonunu isə dekabrın 1-də Azərbaycan Respublikasına qaytarıldı.
27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində düşmənə döyüş meydanında qalib gələrək 30 ilə yaxın müddətdə işğal altında olan yaşayış məskənlərimizi bir birinin ardınca azad etdi. 8 noyabr tarixində Azərbaycan ordusunun Qarabağın tacı olan Süsanı azad etməsi işğalçı Ermənistanı kapituliyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə döyüş meydanında məğlub olan Ermənistan siyasət meydanında da Azərbaycan Dövlətinə məğlub olduğunu qəbul etdi.
İnzibati rayon kimi 1930-cu ildə yaradılan Ağdam rayonu füsünkar təbiəti olan Qarabağın mərkəzində yerləşir. Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloqlar Ağdamda ərazisində yerləşən Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Bu qəhrəman şəhər Birinci Qarabağ Müharibəsində 6 mindən artıq şəhid verdi. 23 iyul 1993–cu ildə ərazisinin 73 faizini itirən Ağdamın 128 min sakini məcburiköçkün həyatını yaşamağa məcbur oldu.
1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il 29 iyul tarixində “İşğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edən 853 saylı qətnaməni qəbul etdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. 44 günlük vətən müharibəsində Müzəffər Ordusu torpaqlarımızı döyüş meydanında canından, qanından keçərək azad etdi. İşğaldan azad edilmiş ərazilərdə daşı daş ustundə qoymayan düşmən hətta mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdamı ziyarət edən xarici və yerli jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırıblar.
Artıq digər azad olunmuş rayonlarımız kimi Ağdamdada quruculuq və bərpa işlərinə başlanılıb. Tezliklə bütün azad olunmuş kənd və qəsəbələrimiz öz doğma sakinlərini qoynuna alacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız bir yumruq kimi birləşərək düşmənə öz yerini göstərdi və tarixi ədaləti bərpa etdi.

Könül Əfəndiyeva – YAP üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.