Moldova mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini və keçirdiyi görüşləri geniş işıqlandırıb

16-12-2021, 12:04           
Moldova mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini və keçirdiyi görüşləri geniş işıqlandırıb
Belə ki, mətbuatda Prezident İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberq ilə Brüsseldə keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı bəyanatına xüsusi diqqət yetirilib, Azərbaycan Prezidentinin fikrincə, bu dəhliz Laçın dəhlizi kimi fəaliyyət göstərməlidir, Yerevan isə Zəngəzur dəhlizində gömrük-keçid məntəqələrinin quraşdırılmasında israr edərsə, Bakı da Laçın dəhlizində eyni şərtlərdə israr edəcək.

Həmçinin Moldovanın aparıcı KİV-ləri İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşünü geniş işıqlandırıb, görüşdə bir sıra mühüm məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə edilib.

Həmçinin Moldovanın xəbər portalları Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüssel görüşünə xüsusi diqqət yetirərək xəbərlər dərc ediblər. Xəbərdə Yerevan və Vaşinqtonun mövqelərindən fərqli olaraq, Brüsselin birinci Qarabağ müharibəsinin başa çatdıqdan sonra nizamlanması üçün yaradılmış ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərindən imtina etməsi ilə bağlı Azərbaycan hökumətinin gözləntilərini dəstəklədiyi bildirilir.

Bundan əlavə, Moldova mətbuatı Prezident İlham Əliyevin NATO Şurasının iclasında iştirakını işıqlandırıb. Xüsusilə qeyd olunur ki, görüş zamanı NATO-ya üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri qeyd olunub.

Daha ətraflı aşağıdakı linklərdə:














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.