Qusarda mağazadan oğurluq edən Bakı sakini həbs edilib.

19-03-2022, 14:34           
Qusarda mağazadan oğurluq edən Bakı sakini həbs edilib.
Qusar Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini, ona məxsus ərzaq mağazasından qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Zeynalov saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin səhər saatlarında sözü gedən mağazaya girərək oradan 150 manat pul, və 708 manat dəyərində müxtəlif növ siqaretlər, alışqanlar oğurladığı müəyyən edilib.
Qusar rayon məhkəməsinin qərarı ilə həmin şəxs həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru