Nizami rayonunda “Şuşalı Novruzunuz mübarək” adlı bayram tədbiri keçirilib

21-03-2022, 10:02           
Nizami rayonunda “Şuşalı Novruzunuz mübarək” adlı  bayram tədbiri keçirilib
Nizami rayonu Heydər Bağı-Park Bulvarda Novruz bayramı münasibətilə “Şuşalı Novruzunuz mübarək” adlı bayram tədbiri təşkil edilib.
Tədbirdə qeyd edilib ki, ölkəmizdə Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, düşünülmüş siyasəti, dahi sərkərdəliyi və qüdrətli Ordumuzun igid oğlanlarının qəhrəmanlığı nəticəsində artıq ikinci ildir ki, Novruz Bayramı Azərbaycanda böyük ruh yüksəkliyi ilə qeyd edilir. 44 günlük Vətən müharibəsi tarixi Qələbə ilə başa çataraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovulub, 30 il işğal altında olan torpaqlarımızı azad edilib. Artıq Novruzun sədası sədası Qarabağdan, Şuşadan, Cıdır düzündən gəlir.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan bu bayramın Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi ilə UNESKO-nun Qeyri-Mədəni İrs siyahısına daxil edilib.
Tədbirdə rayon ictimaiyyəti Novruz bayramı münasibətilə təbrik edilib.
Populyar və sevilən incəsənət nümayəndələrinin, yaradıcı kollektivlərinin iştirakı ilə təqdim edilən konsert tədbiri rayon sakinlərinə xoş ovqat bəxş edib.
Konsert tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.