Yunus Oğuzun "Cığır" romanı tamamlandı

29-03-2022, 07:27           
Yunus  Oğuzun  "Cığır"  romanı tamamlandı
Yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanı tamamlanıb. "Olaylar"ın verdiyi məlumata görə bu barədə Yunus Oğuz bildirib. Bu tarixi roman Pənahəli xanın Şuşanı inşa etdirməsindən başlayaraq, ta 8 noyabr 2020-ci il - Şuşanın işğaldan azad edilməsinədək olan dövrü əhatə edir. Əsərdəki bütün obrazlar, əsasən öz isimləri ilə adlandırılıb.Roman obraz çoxluğu və zənginliyi ilə də seçilir. Belə ki, Pənahəli xandan başlayan əsərin qəhrəmanları Ali Baş Komandan da daxil olmaqla, məmurlar, adi insanlar, əsgərlər, generallar, bir sözlə xalq bu romanda yer alıb. Düşmən obrazları da yaddan çıxmayıb. Belə ki, Ter-Petrosyan, Paşinyan, Tonoyan və başqalarına da əsərdə yer ayrılıb. Romanın əsas qayəsi "Cığır"dan başlayan Şuşanın "Zəfər yolu"na qədər uzun məsafə qət etməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru