İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması - MÖVQE

27-05-2022, 21:57           
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması  - MÖVQE
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 26-27 may 2022-ci il tarixlərində internet səhifənizdə yerləşdirilmiş “Şikayətçilər: Xəstəni aparıb Prezident Administrasiyasının qabağına qoyaq?” və ya “Dövlət vətəndaşına niyə SAHİB ÇIXMIR? - "Sanki bura ölkə deyil, cəngəllikdir..." başlıqlı eyniməzmunlu məqalələr ilə bağlı rəsmi açıqlamanı diqqətinizə çatdırır.
Məqalədə beyindaxili qansızma diaqnozu olan xəstə Ağayeva Bəsirənin tibb müəssisəsinə yerləşdirilməsi məsələsi ilə bağlı aidiyyəti qurumlardan şikayətçi olduğu bildirib.
Məlumat üçün bildirək ki, Ağayeva Bəsirə Əli qızının (1983-ci il təvəllüdlü) yaxınları tərəfindən ilk müraciət 15.05.2022-ci il tarixində Agentliyin 1542 Çağrı mərkəzinə daxil olub. Müraciətdə xəstənin yaxınları tərəfindən vətəndaşın Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında koma vəziyyətində olması və xəstəxanada kompüter tomoqrafiya (KT) aparatının olmaması səbəbindən digər tibb müəssisəsinə göndəriş verilməsinə dəstək göstərilməsi qeyd edilib. Agentlik tərəfindən xəstəxanaya təcili hallar zamanı qurumun razılığı olmadan göndəriş verilməsi bildirilib. Tibb müəssisəsi KT müayinəsi üçün göndərişin verilməsininin mümkünlüyü haqqında xəstə yaxınlarına məlumat verərkən onlar xəstəni öz vəsaitləri hesabına EGE hospitalına təxliyyə etdiklərini və müayinə etdirdiklərini bildiriblər.
24 may tarixində daxil olan müraciətdə isə “Baku Medical Plaza”da komada olan xəstənin növbəti müalicə üçün Kliniki Tibbi Mərkəzə təxliyyə məsələsi qaldırılmışdır. Xəstə yaxınlarına təxliyyə ilə bağlı bütün prosedurlar haqqında məlumat verilmişdir. Bununla yanaşı, xəstəyə dəstək göstərilməsi üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) ilə əlaqə saxlanılmış və müvafiq məlumatlar verilmişdir.
Növbəti mərhələ haqqında məsələyə TƏBİB tərəfindən açıqlama veriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.