“Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edilib

23-06-2022, 16:08           
“Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru”   kitabı  rus dilində çap edilib
Ötən ilin dekabrında Vətən müharibəsində qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabı hazırlanmış və təqdimatı keçirilmişdir. Təqdimat mərasimində kitabın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə həm də türk, ingilis və rus dillərində çap edilməsi qərara alınmışdır. Artıq Vətən savaşında qazanılan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacaq kitabın rus dilində olan variantı – “История Отечественной войны – Фактор личности” kitabı nəfis tərtibatda işıq üzü görüb.
Ölkəmizin rusdilli sakinləri, həmçinin Rusiya, possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyası üçün nəzərdə tutulan kitab dövlət qurumları, ali və orta təhsil müəssisələrinə, kitabxanalara, Azərbaycanın aparıcı informasiya vasitələrinə təqdim olunub. Yəqin ki, bu ölkələrdə yaşayan ermənilər də bu kitab vasitəsi ilə İkinci Qarabağ müharibəsi həqiqətlərini öyrənəcəklər.
Yaxın vaxtlarda kitabın ingilis və türk dillərində variantı çapdan çıxacaqdır.
Qeyd edilməlidir ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan Şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.