Paytaxt Bakının infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin edilib

29-06-2022, 09:15           
Paytaxt Bakının infrastrukturunun yenidən qurulması və  müasirləşdirilməsi təmin edilib
İyun ayının 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası işini davam etdirib. Bu sessiyada videoformatda çıxış edin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra vacib məqamlara toxunub.
İlk növbədə qeyd edilib ki, 30 il əvvəl öz müstəqilliyini yenicə bərpa edən Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. Bu mühüm hadisə ilə əlaqədar bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Tədbirdə iştirak edən müxtəlif ölkələri təmsil edən nümayəndələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparıblar.
Cənab Prezident öz çıxışında vurğulayıb ki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsi təmin edilib. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bir sözlə Azərbaycan parklar ölkəsinə çevrilir. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Artıq şəhərdəki park, bağ və istirahət məkanlarının sayı 300-ə yaxındır.
Az müddət ərzində paytaxtımız Bakı şəhərində əvvəllər istifadəsiz olan, baxımsız qalmış, həmçinin bəzi işbazlar tərəfindən müxtəlif məqsədlərdən ötrü zəbt edilərək hasarlanmış ərazilərdə xeyli müasir park salınmış, həmçinin bir neçə park əsaslı təmir edilərək paytaxt sakinlərinin istifadəsinə verilib və bu prosses davam edir. Vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşır.
Ümid edirik ki, ölkə başçısının bu istiqamətdəki səyləri nəticəsində paytaxtımız Bakı şəhərində yaşıllıqların, istirahət parkları və bağlarının sayı daha da artacaq, bu parklarda vətəndaşlarımızın rahatlığı, istirahəti üçün yaradılan şəraitdən tam razı qalacaqlar.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.