Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

13-08-2022, 15:20           
Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayonun Muğanlı kənd sakini Arif Novruzov olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan bir kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq A.Novruzovun yaşadığı ünvana keçirilən baxış zamanı isə fərdi yaşayış evindən təmiz çəkisi 480 qram olan marixuana, eləcə də həyətindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, A.Novruzov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.