Zaqatalada piyada keçidlərindən istifadə etməyən şəxslər müəyyən olunaraq barələrində müvafiq tədbirlər görülüb

21-08-2022, 20:01           

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki avtomobil yollarında təhlükəsizliyin artırılması,piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların maarifləndirilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan şəxslər saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə ətraflı məlumat verilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru