Odlu silahla ehtiyyatsız davranan Qəbələ rayon sakini xəsarət alıb

12-09-2022, 15:21           
Odlu silahla ehtiyyatsız davranan Qəbələ rayon sakini xəsarət alıb
Qəbələ Rayon Polis Şöbəsinə rayon sakini Veysəl Rüstəmovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və iki ayaq barmağının amputasiya edilməsi ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə həmin şəxsin odlu silahla ehtiyyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib və ondan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.