Faktiki, inhisarçı şirkət var, başqa rəqiblər yoxdur, o da istədiyi qiyməti qoyur

17-01-2025, 08:14           
Faktiki, inhisarçı şirkət var, başqa rəqiblər yoxdur, o da istədiyi qiyməti qoyur
Azərbaycan neft ölkəsi olsa da, təəssüf ki, keyfiyyətli neft məhsulları istehsal edən ölkəyə, hələ ki, çevrilməyib.
2024-cü ilin 10 ayında Azərbaycan xaricdən 124 mln dollarlıq Aİ92, 61,74 mln. dollarlıq Aİ95 markalı benzin alıb.
Aİ92 markalı benzinin qiymətini dövlət, yəni, gecə-gündüz işləyən Tarif Şurası müəyyən edir, Aİ95 markalı benzinin qiymətini, güya, bazar tənzimləməlidir, amma, faktiki, ölkəyə Aİ95 gətirən və satan bir tək SOCAR-a bağlı qurumlardır.
TEREF yazır ki, bunu REAL partiyasının sədri Natiq Cəfərli yazır. Daha sonra Natiq bəy yazır:
Məni maraqlandıran Aİ95 markalı benzinin ölkəyə gətirilmə qiymətləri idi – hasabladm, məlum oldu ki, Aİ95 markalı benzin 2024-cü ilin ilk 10 ayında, ölkəyə ortalama, litri 1 manat 23 qəpiyə daxil olur. İlin yarısını bizə 2 manata satırdılar, indi isə 1 manat 60 qəpiyə satırlar.
Yaxşı, Aİ95 dövlət tənzimlənməsindən çıxarılıb yeganə bir şirkət tənzimlənməsinə verilməsi nəyə lazım idi?! Yəni, faktiki, inhisarçı şirkət var, başqa rəqiblər yoxdur, o da istədiyi qiyməti qoyur, keçən ili yarısında 1 litrdən 77 qəpik (!!!), sonra isə 37 qəpik pul qazanır.
Belə bazar tənzimlənməsi, belə iqtisadi model olmur-olmamalıdır...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru