İsraillə Həmas arasındakı atəşkəs anlaşmasından sonra hansı tərəf qalib oldu?
Bu gün, 09:14
İsraillə Həmas arasındakı atəşkəs anlaşmasından sonra insanların ən çox düşündürən suallardan biri də hansı tərəfin qalib olmasıdır.
Bunun üçün tərəflərin qarşısına qoyduğu hədəflərə baxmaq lazımdır. İsrailin üç əsas hədəfi var idi:
1. Həması tamamilə yox etmək.
2. Həmasın əlindəki girovları keçirdiyi hərbi əməliyyatla geri qaytarmaq.
3 Qəzza zolağında Mahmud Abbas fason bir lider tapıb, oyuncaq hökumət formalaşdırmaq.
Əməliyyatlar sırasında və nəticədə bunların heç birinə nail olunmadı.
Həmasın da müəyyən hədəfləri var idi.
1. İsrail türmələrindəki fələstinliləri azad etmək.
2. Müstəqil dövlətə çevrilmək.
3. Dünya tərəfindən onların haqqlarının tanınmasına nail olmaq.
Nəticəyə baxdıqda terrorçu təşkilat kimi tanınan Həmas ABŞ, Qətər, Misir və İsrailin də iştirak etdiyi danışıqlarda tərəf kimi çıxış etdi. Burda tərəf kimi çıxış etmək çox önəmlidir. Qarabağ müharibəsinə diqqət edin, ermənilərin və Ermənistanın ən çox istədiyi şey "Dağlıq Qarabağ"ı tərəf kimi danışıqlar prosesinə cəlb etmək idi, ancaq bu baş tutmadı. Hətta ilkin atəşkəs razılaşmasında bu var idi, sadəcə Azərbaycan tərəfi prosesi elə idarə etdi ki, "Dağlıq Qarabağ" prosesdən kənarlaşdı. Terrorçu kimi tanınan Həmas artıq bir tərəfdir. Həmasın ən böyük uğuru bu oldu.
İsrail qalib gələ bilmədi. Nə sahədə buna nail oldu, nə də masada. Bunu əzı israillilərin münasibətindən görə bilərik. Həmasa da qalib deyə bilmərik, yuxarıda qeyd etdiyim uğurları 46 mindən çox insanın ölümü hesabına başa gəldi.
İsrail Həmasla toqquşmada həm hərbi, həm də maliyyə baxımından ağır sayıla biləcək itiklər verdi. Turizm çökmüş vəziyyətdədir. İsrail və yəhudi lobbisi bu itkiləri geri qaytara biləcək gücdədir. Hesab edirəm ki, İsrailin ən böyük itkisi məzlum, yazıq, qırğınlara məruz qalmış xalq mifinin dağılması oldu. Artıq Holokost İsrailin fələstində törətdiyinin yanında muştuluq bir şeyə dönmüş oldu. Bundan əlavə insanlar bir şeyi də sorğulamağa başlayıblar - tarix boyu bu xalqı niyə tamamilə qırmaq, məhv etmək istəyiblər?
Hesab edirəm ki, atəşkəs uzunmüddətli ola bilməz. Çünki problemin ana səbəbi həllini tapmayıb. Problemin ana səbəbi fələstinlilər düşünür ki, israillilər onların torpaqlarını işğal edib, orada dövlət qurublar. İsrail də düşünür ki, bu torpaqlar onlara məxsudur. Bu ideyalar uğrunda ölmək istəyən də, öldürmək istəyən də o coğrafiyada çoxdur. Ona görə də, o coğrafiyada atəşkəs nəfəs dərmək kimi bir şeydir.
Səxavət Məmməd