Son illərin ən çox müzakirə predmeti olan sənədlərindən daha birisi nəhayət ki, təsdiqləndi

Bu gün, 08:34           
Son illərin ən çox müzakirə predmeti olan sənədlərindən daha birisi  nəhayət ki, təsdiqləndi
Bu gün Prezidentin Fərmanı ilə Rəqəmsal İnkişaf Konsepsiyası təsdiq edilib. Eyni zamanda Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı da təsdiqlənib.
4 ay vaxt verilən bu bu sənədin qəbulu üçün 4 il lazım olub.
Xatırladıram ki, Prezidentin 21 aprel 2021-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti 4 ay müddətində bu sənədi hazırlayıb Prezidentə təqdim etməliydi.
Bəzən müxtəlif maraq toqquşmaları səbəbindən bu sənədin təsdiqinin ləngiməsi, yenidən razılaşdırmalara qaytarılması ilə bağlı fikirlər də səslənib.
Bizim tərəfimizdən də bu istiqamətdə bir xeyli fikirlər yazılıb, səsləndirilib.
Nəhayət 4 ildən sonra belə bir konseptual sənədin təsdiqi ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Düşünürəm ki, bu konseptual sənəd rəqəmsal transformasiya proseslərinin, rəqəmsal hökumət quruculuğunun daha sürətli inkişafına mane olan məqamların aradan qaldırılmasına kömək edəcək.
Prezidentin bununla bağlı Fıərmanında da bu proseslərin sürətləndirilməsinə təkan verəcək məqamlar var.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasına nəzarət və əlaqələndirmə Nazirlər Kabinetinə tapşırılıb.
Nazirlər Kabineti rəqəmsal həllərin səmərəliliyini test rejimində qiymətləndirmək və elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən etmək üçün təkliflər hazırlayıb təqdim edəcək.
Konsepsiyada rəqəmsal inkişaf sahəsində əsas icraedici qurum kimi RİNN müəyyən edilib.
Dövlət qurumları tərəfindən rəqəmsal inkişaf layihələrinin həyata keçirilməsi üçün Nazirliyin rəyi məcburi olacaq
Nazirlik, süni intellekt həllərinin tətbiqi və data əsaslı qərarların qəbul edilməsi istiqamətində dövlət qurumları ilə birgə çalışacaq.
Xeyirli və uğurlu olsun !
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.