Şərur Rayon Doğum Evində zorakılıq hadisəsi baş verib VİDEO

16-01-2025, 21:02           
Şərur Rayon Doğum Evində zorakılıq hadisəsi baş verib  VİDEO
Dünən Şərur Rayon Doğum Evində zorakılıq hadisəsi baş verib. Hadisəni törədən isə polis zabiti Tarix Hüseynov olub. Şahidlər “Gündəlik Naxçıvan”a verdikləri məlumatda hadisənin bir hissəsini əks etdirən videogörüntüləri də təqdim ediblər. Onların sözlərinə görə, həyat yoldaşını yoxlanışa gətirən Hüseynov qaydalara məhəl qoymayaraq zorla içəri girməyə çalışıb. İçəri buraxılmadıqda isə qapını təpikləyib, işçiləri yumruqlayaraq, onları təhqir edib.
Təhqir edilən və döyülən işçilər arasında şəhid anası da olub. Şahidlər bildirirlər ki, Hüseynov “Mən şəhid-filan tanımıram” deyərək onu da itələyib və yumruqlayıb. Çarəsiz qalan işçilər polis çağırıb, lakin Hüseynov gələn polislərə də müqavimət göstərib və onları təhqir edib. O, zorla polis maşınına mindirilərək Naxçıvan Daxili İşlər Nazirliyinə aparılıb.
„Naxçıvan Şəhid Ailələri“ İctimai Birliyi hadisə ilə bağlı DİN-ə rəsmi müraciət göndərərk, hadisəni törədən polis zabitinin cəzalandırılmasını tələb ediblər.
Yerli DİN-dən “Gündəlik Naxçıvan”a hadisəni təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər.
Videogörüntülər hadisə yerinə polislər çağrıldıqdan sonra çəkilib.
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru