Azərbaycan Mərakeşdən plastik qap alışını bərpa edib - Biz neftdən hazırlanan plastik qabıda xaricdən alırıq?
Bu gün, 07:04
Dünən bir rəsmi məlumata rast gəldim: Azərbaycan Mərakeşdən plastik qap alışını bərpa edib.
Yəni, əvvəl də alırdıq, sonra bir müddət almamışıq, indi yenidən Mərakeşdən plastik qab alışını bərpa etmişik.
Ayıbdı, ay hökumət, yer haqqı, göy haqqı ayıbdı – plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik. Ay hökumət, bu ki, telefon, televizor, avtomobil, kosmik avadanlıq, kompyuter deyil ki, bacarığınız çatıb istehsalını təşkil edə bilməyəsiniz. Adi plastik qablardır, normal iş adamlarına imkan versəniz, onlara mane olmasanız Azərbaycanda istehsalını çoxdan təşkil edib öz xammalımızla daxili təlabatı ödəyə, hətta ixrac da edə bilərdik.
TEREF yazır ki, bunu REAL partiyasının sədri Natiq Cəfərli yazır. Natiq bəy daha sonra yazır:
İndi isə bu bəsit məhsulda belə Mərakeşə möhtacıq, çox güman, bu ölkə xammalı İtaliyada neft elamı zavodlarından alır, o zavodların xam nefti isə Azərbaycandan gedir. Yəni, biz xam nefti İtaliyaya satırıq, onlar emal edir, 100 cür məhsul istehsal etmək üçün əlavə dəyər yaradan istehsal üçün yararlı məhsullar alır, sonra onu ucuz işçi qüvvəsi olan Mərakeşə göndərir, onlar da plastik qab istehsal edib Azərbaycana satırlar.
Bax belə bir sistem qurublar, xammal kimi nefti satıb, ondan alınan 100 cür məhsulu, satrığımızdan 10 qat baha xaricdən alırıq...
Natig Cəfərli
TEREF