Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirildi

17-01-2025, 00:04           
Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirildi
Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin yerinə yetirilməsi mexanizmi təkmilləşdirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri icarə münasibətlərində vergi öhdəliyinin yerinə yetirilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır.

Bir çox sahələrdə olduğu kimi, kirayə və icarə münasibətləri zamanı müasir dövrün tələblərindən irəli gələrək informasiya texnologiyalarından istifadənin genişləndirilməsi və yeni bazar iştirakçılarının yaranması müşahidə olunur. Bu baxımdan kirayə bazarında vasitəçilik funksiyasını həyata keçirən şəxslərdən daxil olan müraciətlər nəzərə alınaraq, əlaqələndirici platformalar vasitəsilə vergi ödəyici olmayan şəxslər arasında əmlak kirayəsi zamanı vergi öhdəliyinin yerinə yetirilməsi mexanizmi sadələşdirilib. Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, icarəyə verənin verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi ilə bağlı vəzifəsi həmin platformalar, yəni vergi agentləri tərəfindən yerinə yetiriləcək.

Dəyişiklik kirayə xidmətləri üzrə əlaqələndirici platformaların inkişafına, icarə münasibətləri sahəsində dövriyyələrin ağardılmasına, eləcə də bu sahədə vergi öhdəliklərinin yerinə yetirilməsinə müsbət təsir edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru