Zərdabda polis maarifləndirmə tədbiri keçirib

8-10-2022, 11:37           
Zərdabda polis maarifləndirmə tədbiri keçirib
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bıçaqçı kənd tam orta məktəbində «Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən rəis müavini polis, polkovnik-leytenantı İkram Əhmədov dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən rəis müavini, şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib. Çıxışının sonunda narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladan və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan İ.Əhmədov, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbirin sonunda narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən videoçarx nümayiş olunub.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.