Oğuzda polis əməkdaşları şəhid ailələri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər

31-12-2022, 15:59           
Oğuzda polis əməkdaşları şəhid ailələri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvlərini və aztəminatlı soydaşlarımızı ziyarət ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumata görə, ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb.
Aztəminatlı ailələrin də evində qonaq olan asayiş keşikçiləri onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Bayram münasibətilə ailələri təbrik edən polis əməkdaşları gətirdikləri sovqatları onlara təqdim ediblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru