Samuxda qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb

6-01-2023, 16:03           
Samuxda qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb
Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Ruzigar Abdullayev rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” markalı tapança, həmin silaha aid 4 ədəd atəşə yararlı 9 mm-lik patron və 1 ədəd sandıqca aşkar edilərək götürülüb.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlmaqda şübhəli bilinən Omran Kulaib və Elşad İsrafilov saxlanılıb. Saxlanılan şəxslərin üzərlərindən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru