İsmayıllıda 21 yaşlı qız itkin düşüb

7-01-2023, 15:00           
İsmayıllıda 21 yaşlı qız itkin düşüb
İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, itkin düşən şəxsin boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları isə sarıdır. Sonuncu dəfə evdən çıxarkən üzərində qara və sarı rənglərdə gödəkçə, qara şalvar və ağ idman ayaqqabısı olub.
Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və 050-280-45-00, 055-466-06-72 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru