İki polis zabiti dəm qazından öldü

9-01-2023, 11:36           
İki polis zabiti dəm qazından öldü
Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.

"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik", - məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru