Paytaxt yollarının qardan təmizlənməsi davam edir FOTO

9-01-2023, 15:32           
Paytaxt yollarının qardan təmizlənməsi davam edir   FOTO
Gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar küçə və prospektlərin qar və buzdan təmizlənməsini davam etdirib və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və reagentlərin səpilməsi işləri aparılıb. Yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər – metro stansiyalarının qarşısı, avtobus dayanacaqları, ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafı da təmizlənir. Təmizləmə işlərində həmin müəssisələrin əməkdaşları və ictimai-iaşə obyektlərində çalışanlar da yaxından iştirak edirlər. İşlər gün ərzində davam etdirilir.
İş prossesində çəkilən fotoları təqdim edirik.
Teref.az




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru