BŞİH işçiləri səhərə qədər işləyiblər... - FOTO

11-01-2023, 09:42           
BŞİH işçiləri səhərə qədər işləyiblər... - FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib
ki, dünən axşam saatlarından etibarən güclü qar yağması ilə
əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və
aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində fəaliyyəti
davam etdiriblər. Bu barədə BŞİH-dən məlumat verilib.
Şaxtalı hava şəraitində gecədən səhərə kimi
xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi
maddələrin səpilməsi həyata keçirilib, bu zaman sürüşmə ehtimalı
olan yollar, körpülər, enişlərə xüsusi diqqət yetirilib.
Səhərə yaxın kommunal xidmətlərin əməkdaşları tərəfindən
yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus
dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsi
daha da intensivləşib.
Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra
Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan
işləri nəzarətdə saxlayıblar.
Səhər saatlarında təmizlik işlərinə ərazi üzrə idarə, təşkilat,
müəssisələrin əməkdaşları, obyekt və ictimai-iaşə müəssisələrinin
işçiləri də qoşulacaqdır.

Təmizləmə işləri mərkəzlə yanaşı paytaxtın bütün rayonlarını
əhatə edir.
Teref.az

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru