Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı

13-01-2023, 17:38           
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər -
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər
Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi
tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya
Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə
olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev
sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı,
əldə etdiyi uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə
malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki
uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi
kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman
sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Yenicə qədəm qoyduğumuz 2023-cü ilin ilk günlərində - yanvarın 9-da
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
Prezidenti İlham Əliyevin idmançılarla 2022-ci ilin idman yekunlarına həsr
olunan görüşü ölkəmizdə idmana olan diqqət və qayğını bir daha göstərdi.
Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan görüşdə
dövlət başçısı gənc nəslin həm döyüş meydanında, həm də idman
arenalarında ölkəmizin bayrağını qaldırmasını alqışlayaraq bildirdi ki, biz
gələcək nəsli vətənpərvərlik ruhunda tərbiyə etmişik və edəcəyik. Prezident
İlham Əliyev öz çıxışında söyləyib ki, hər il olduğu kimi, keçən il də
Azərbaycan idmanı üçün uğurlu il olub. Bütövlükdə ölkə miqyasında
görülmüş işlərə yüksək qiymət vermək olar. Ötən il idmançılarımız
beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını
qızıl medaldır. Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunları
xüsusi qeyd edilib. Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi
Oyunlarında 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq
görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını
təsdiqləyir.
Son 19 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham
Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmananın inkişafına və
idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və
uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi
gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc
idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə
saxlayacaqlar və bu, daimi proses olacaqdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Işğaldan azad edilmiş
ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bunun çox
böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat
qayıdır, insanlar qayıdır”. Dövlətimizin başçısı onu da qeyd edib ki, tarixi
Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı
quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman
yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var: «Şuşada
beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq
avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon
üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də
bu işlər davam etdirilməlidir”. Azad edilmiş şəhərlərin hər birinin Baş
planında idman obyektlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirən
Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Ağdamın məşhur "İmarət"
stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni
zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq.
Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin
təməli qoyulub. Bu istiqamətdəki işlər uğurla davam edir.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.