İmişli sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb

14-01-2023, 09:44           
İmişli sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən qanunsuz əməllə məşğul olan rayonun Əliqulular kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayev saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 2 kiloqram 74 qrama yaxın heroin və 1 kiloqram 160 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru