Göyçayda bayram münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

19-03-2023, 20:25           
Göyçayda bayram münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini və qaziləri ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.
Yetmiş evdə qonaq olan polis əməkdaşları ailələrin qayğıları ilə maraqlanıb, bayram münasibətilə onları təbrik edərək gətirdikləri sovqatları ailələrə təqdim ediblər.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru