Balakəndə dayanma-durma qaydalarını pozan sürücülər barəsində tədbir görülüb

7-06-2023, 19:53           
Balakəndə dayanma-durma qaydalarını pozan sürücülər barəsində tədbir görülüb
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi istiqamətində nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı sadalanan qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib və onlarla maarifləndirici söhbətlər aparılıb. Onlarla qaydalar barədə məlumat verilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək barələrində inzibati tənbeh tədbiri görülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru