Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır

8-06-2023, 16:32           
Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
Mobil operator Nar musiqi və dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə start verir. Məşhur "Darvish Band" ilə birgə ərsəyə gələn müsabiqələr Nar abunəçiləri üçün dinamik yay vəd etməklə yanaşı, texnologiyanın gücünü və musiqiyə olan həvəsi bir araya gətirmək məqsədi daşıyır.
Gənclərin dinamik musiqi zövqünə ortaq olan Nar, abunəçiləri üçün əyləncə dolu müsabiqələrdə iştirak edərək dəyərli hədiyyələr qazanmaq şansı yaradır. Hədiyyəli müsabiqələrdən birincisində gənclər enerji dolu həyat tərzlərinə uyğun olaraq seçilmiş Samsung Galaxy Tab, Apple Watch və JBL qulaqlıqları əldə edəcəklər.
Yay boyunca Nar abunəçiləri növbəti müsabiqələrdə daha da dəyərli hədiyyələr qazanmağa davam edəcəklər. Qarşıdan gələn müsabiqələr haqqında ən tez xəbər tutmaq üçün Narın sosial media səhifələrini (Facebook, Instagram, Twitter) izləməyə davam edin.
Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru