İçərişəhər sakini, “Şəcərə evinin” yaradıcısı, Rəssamlar İttifaqının üzvü, Əməkdar Mədəniyyət İşçisi Mələk Xanım Hacıyeva ilə görüş keçirilib FOTO

8-06-2023, 16:54           
İçərişəhər sakini, “Şəcərə evinin” yaradıcısı, Rəssamlar İttifaqının üzvü, Əməkdar Mədəniyyət İşçisi Mələk Xanım Hacıyeva ilə görüş keçirilib   FOTO
Ötən gün İçərişəhər sakini, “Şəcərə evinin” yaradıcısı, Rəssamlar İttifaqının üzvü, Əməkdar Mədəniyyət İşçisi Mələk Xanım Hacıyeva ilə görüş keçirilib.
Hacıyevlər nəslinin yaşadığı qədim ev 20-ci əsrin əvvəllərinə məxsusdur.
Bu evdə saxlanılan əşyalar Hacıyevlər ailəsinin 3 nəslini əhatə edir. Onların arasında diqqəti daha çox çəkən eksponatlardan biri türk Sultanlarının möhürü həkk olunmuş Nuru Paşanın yadigarı olan xəncərdir.
Bu xəncəri Nuru Paşa özü Mələk Xanımın babası, Hacı Şıxəliyə 1918-ci ildə ermənilər tərəfindən törədilən Bakı qırğınları zamanı türk əsgərlərinə göstərdiyi qayğı və isti münasibətə görə, hörmət əlaməti olaraq hədiyyə etmişdi.
Kolleksiyada qadın aksesuarları, həndəsi və nəbati naxışlarla bəzədilmiş misgərlik nümunələri də nümayiş olunur.
Atası Məmməd Naib Hacıyev öz dövrünün tanınmış balaban ustası olduğundan, burada onun hazırladığı nəfəsli musiqi alətləri də yer almışdır.
Teref.az



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru