Polislər qanvermə aksiyasında iştirak ediblər

8-06-2023, 20:10           
Polislər qanvermə aksiyasında iştirak ediblər
Qax rayonunda könüllü qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiyada yerli idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru