Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb

9-06-2023, 09:15           
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Habil Məcidov və Əfqan İlyasov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanıb.
Bundan əlavə, əməliyyat tədbirlərinin davamı olaraq H.Məcidovun idarə etdiyi nəqliyyat vasitəsinə və Ə.İlyasovun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı isə külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, marixuana və elektron tərəzilər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru